image-reklam-veteninfo
image-1backend

Əfqanıstan Birləşmiş Cəbhəsi: “ SEPAH Əl-Qaidənin bölgədəki hərbi əməliyyatlarını maliyyələşdirir” 

image-reklam-veteninfo

Əfqanıstan Birləşmiş Cəbhəsi bildirib ki, 2021-ci ilin oktyabrında SEPAH-ın Qüds qüvvələrinin komandiri general İsmayıl Qaani Taliban hərəkatının nümayəndəsi və Əl-Qaidənin lideri Seyf əl-Ədl ilə Tehranda görüşüb və deyib ki, İran hökuməti Əl-Qaidənin Əfqanıstan və Yaxın Şərqdəki fəaliyyətləri üçün pul ödəməyə hazırdır.

Nəticə yoxdur.

Vətəninfo.az xəbər verir ki,  Əfqanıstan Birləşmiş Cəbhəsinin rəhbəri Sami Sədatın məlumatına əsasən, görüş zamanı Talibanı “qələbə” və “uğurları” münasibətilə təbrik edən SEPAH generalı deyib:

“İndi ABŞ qüvvələrinin Yaxın Şərqdən çıxarılmasına diqqət yetirmək lazımdır. Razılığa gəlinib ki, Taliban Əfqanıstanda Əl-Qaidənin qüvvələrini təlim keçmək üçün yer və lazımı imkanlarla təmin edəcək. SEPAH isə Əl-Qaidənin bütün xərclərini və Yaxın Şərqdəki, o cümlədən Afrikadakı terror əməliyyatlarını maliyyələşdirməyə hazırdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki