Səhər tezdən Əfqanıstanın Herat əyalətində 6,3 bal gücündə güclü zəlzələ baş verib. Bu barədə Vətəninfo.az Əl-Cəzirə nəşrinə istinadən xəbər verir .
Zəlzələnin vurduğu ziyanla bağlı məlumat məhduddur. Herat qubernatorunun sözlərinə görə, əvvəlki təkanların baş verdiyi yerlərə yaxın rayonlarda “böyük itkilər” qeydə alınıb. Ən azı 80 nəfər xəsarət alıb, torpaq sürüşməsi Herat-Torqund əsas magistral yolunu bağlayıb.
Oktyabrın 7-də Heratda 6,3 bal gücündə daha bir zəlzələ baş verib və azı 2445 nəfər həlak olub.