Əfqanıstanın şərqindəki Hindukuş dağlarında 6,1 bal gücündə güclü zəlzələ baş verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 200 min əhalisi olan Cəlalabaddan təxminən 46 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələ bu həftənin əvvəlində baş verən və 2200-dən çox insanın həyatına son qoyan silsilə təkanların davamı idi.