image-reklam-veteninfo
image-1backend

Əfqanıstanda güclü zəlzələ olub: 500 ölü YENİLƏNİB

image-reklam-veteninfo

Əfqanıstan İnformasiya Nazirliyinin rəsmisi gecə saatlarında baş verən zəlzələ ilə bağlı açıqlama yayıb.

Səlahiyyətli, zəlzələdən ən çox zərər çəkən bölgələrin torpaq sürüşmələri səbəbindən yolların bağlandığı Kunar vilayətində olduğunu və axtarış-xilasetmə işlərinin vertolyotlarla aparıldığını bildirib.

“Reuters”: rəsmi ilkin hesablamalara görə, 500-dən çox adam ölüb, 1000-dən çox insan yaralanıb və ölənlərin sayının artacağı gözlənilir.

Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid verdiyi açıqlamada ölüm faktını təsdiqləyib.

Mücahid deyib: “Təəssüf ki, bugünkü zəlzələ şərq əyalətlərində can və mal itkisinə səbəb olub”.

Mücahid qeyd edib ki, yerli rəsmilər və sakinlər xilasetmə işlərində iştirak edir, mərkəzi hökumət və ətraf əyalətlərdən də qruplar bölgəyə yollanır.

***

09:03

Əfqanıstanda zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Bu barədə NBC telekanalı məlumat yayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib.

“Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik”, – ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib.

Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün “insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq”.


***

Əfqanıstanın Hindquş dağları bölgəsində avqustun 31-də baş vermiş zəlzələ nəticəsində 200-dən çox insan ölüb.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, Cəlalabad şəhərində yaşayış binasının dam örtüyünün uçması nəticəsində iki uşaq ölüb.

***

Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 50 km şimal-şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki