image-1backend

Əhməd Obalıya sui-qəsdlə bağlı yeni iddialar həqiqəti əks etdirirmi?

image-reklam_sirab_01

“The New York Sun” tabloidi Cənubi Azərbaycanlı dissident, Günaz TV-nin sahibi Əhməd Obalıya qarşı sui-qəsdlə bağlı polis hesabatına istinadən reportaj dərc edib. İddia edilir ki, bu vəhşi hücumun arxasında dissidentin oğlu dayanır, hərçənd ki, bu hesabat əyani sübutlara ziddir. Hüquq fakültəsini yeni bitirmiş bir şəxsi İran rejimini tənqid edən atasına hücum etməkdə günahlandıran polis hesabatı ailə dostları və qohumları tərəfindən mübahisələndirilir, onlar hücumun arxasında İranın dayandığını iddia edir. “Mübahisə doğurmayan odur ki, Əhməd Obalı şənbə günü Kaliforniyanın Santa Klara şəhərində şiddətli döyülüb və sonra xəstəxanaya yerləşdirilib. Cənab Obalının yaxınları əvvəlcə əmin idilər ki, bu hücum onun İranda azəri azlığının hüquqlarını müdafiə etməsi və İslam Respublikası rejiminə qarşı məşhur çıxışları ilə bağlıdır”-deyə nəşr məlumat verir.

Polis müstəntiqləri bunun əksini iddia edirlər: iş siyasi motivli ola bilməz, ancaq ailədaxili mübahisənin nəticəsidir. San Xose Polis Departamentinin rəisinin ofisi tərəfindən yayılan press-relizdə “qurbanın oğlunun ona hücum edən şübhəli kimi tanındığı” xəbər verilir.Press-relizdə daha sonra bildirilir ki, polis əməliyyatçıları və patrul məmurları “şübhəli Deniz Obalının tutulması üçün order alıblar. Polis daha sonra “şübhəlini Kempbelldəki evində tapıb və insidentsiz nəzarətə götürüb. Şübhəli, adam öldürməyə cəhdə görə Santa Clara County Əsas Həbsxanasında həbs edilib.”

Polisin hesabatı ailənin bəzi dostlarını təəccübləndirir. Nəşrə görə, onlar əvvəlcə işin siyasi motivli olduğunu düşünüblər, amma indi tərəddüd etsələr də, oğul Obalının şübhəli olmasını qeyri-mümkün sayırlar.
“The Sun” əldə etdiyi fotoları analzi edib. Fotoda həqiqətən də ata Əhməd Obalı xəstəxana çarpayısında tənəffüs aparatına və digər alətlərə qoşulmuş vəziyyətdə görünür. Digər fotoşəkildə Deniz eyni xəstəxanada gözləri bağlı yataqdadır. O, atasından daha çox yaralanmış və daha pis vəziyyətdə görünür.
Fotoqraf təhlükəsizlik baxımından hücumdan qısa müddət sonra çəkilmiş fotoları dərc etməməyi xahiş edib. Amma “The Sun” fotoşəkillərdəki şəxslərin həqiqətən də Obalılar olduğunu təsdiqləyir.Ailə dostları Əhməd Obalını çəlimsiz, amma mülayim, ailəsinə çox bağlı ata kimi təsvir edirlər. Əzilmiş yaraların ata-oğul mübahisəsi nəticəsində əmələ gəlməsi fikri onlara çox şübəhli görünüb.

Obalı tənəffüs aparatı olmadan hələ də nəfəs almaqda çətinlik çəkməkdə davam edir. Qardaşı Araz Obalının sözlərinə görə, xəstəxananın xaricində və daxilində polisin mühafizəsi də gücləndirilib.
Ə.Obalının təsis etdiyi Günaz TV insan və etnik haqları təbliğ edir, hədəf auditoriyası İranda və diasporda yaşayan milyonlarla cənubi azərbaycanlıdır. Günaz TV, həmçinin İrandakı digər azlıqlar, o cümlədən ərəblər və bəluclar üçün platforma təqdim edir. O, 2004-cü ildən xəbər kanalı açdığı vaxtdan İran rejiminin hədəfinə çevrilib.
“Biz hamımız hiss edirik ki, İran hökuməti onu hədəfə gətirə bilər” deyə cənab Obalının dostu, televiziya kanalı fəaliyyətə başlayandan bəri ona yaxın olan Şapur Ənsari bildirib:“O, həmişə diqqətli olub, çünki hədəfdədir”. Ənsair əlavə edib ki, hücum əvvəlcədən düşünülmüş görünür, sanki kimsə Kaliforniyaya gedib, qaldığı oteli tanıyıb və ona hücum edib: “Çox peşəkar işdir”.

Bu həftəsonu cənab Obalı Santa Clara Universitetinin Hüquq fakültəsini yenicə bitirmiş oğlunun məzuniyyət mərasimi üçün Kaliforniyaya gedib.
“Cəsarətli və xeyirxah bir insan olan Əhməd Obalı və vəziyyəti daha da pis olan oğlu İran rejiminə işlədiyi iddia edilən quldurların hücumuna məruz qaldıqdan sonra Kaliforniyada xəstəxanada həyat uğrunda mübarizə aparırlar”-Yaxın Şərq üzrə ekspert Michael Duran deyib.

“The Sun” xatırladır ki, İran hökuməti həm də öz sərhədlərindən kənarda yaşayan iranlıları, hətta xaricdə vətəndaşlarını öldürən Rusiya üçün adətən əlçatmaz olduğu Amerikada da hədəfə alır. Bu ilin yanvarında ABŞ Ədliyyə Departamenti Bruklində iranlı jurnalistə sui-qəsdə görə üç nəfəri ittiham edib. Obalı 1979-cu il Xomeyni inqilabından sonra İranı tərk edib. O, 2016-cı ildə Chicago Magazine-ə verdiyi müsahibədə “Yeni rejim özünü qurduqdan və insanları sıxışdırmağa başlayandan sonra anladım ki, bu bizim istədiyimiz deyil”.O, 1985-ci ildə Çikaqoya köçüb,İllinoys Universitetində bakalavr dərəcəsi alıb.

Maraqlıdır ki, adətən jurnalistlərə hücumlara həssas yanaşan “Azadlıq radiosu” və “Amerikanın səsi” də yalnız sosial mediada geniş tənqidlərdən sonra sui-qəsd haqda xəbəri dərc etmişdilər. Mahmudəli Cehrəqani kimi bəzi cənublu dissidentlər də əvvəldən sui-qəsdin şəxsi və ya biznes movtivli olması haqda rəy yaratmağa çalışırdırlar.

The Sun” media maqnatı onrad Blak də daxil olmaqla bir qrup investor tərəfindən təsis edilib. Məqsəd “The New York Times” qəzetinin milli və beynəlxalq xəbərlərə üstünlük verməsindən fərqli olaraq, yerli və əyalət xəbərlərini ön səhifələrdə yerləşdirməklə alternativ yaratmaq idi. 2001-ci ilin oktyabrından yayımlanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki