image-reklam-veteninfo
image-1backend

Ekspert: “ İran və  Ermənistan birgə hərbi təlimlər keçirməlidir” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ermənipərəst politoloq Ehsan Movəhhedyan “X” hesabında növbəti provokativ açıqlama verib:
“Erməni mediasına müsahibəm: Amerikalılar Ermənistanın siyasi sistemində öz ünsürlərini yerləşdirmək istəyirlər. İran Ermənistanın “yeganə etibarlı” qonşusudur. “Saxta” Zəngəzur dəhlizi Sünik vilayətinin demoqrafik, mədəni və milli kimlik tərkibinin dəyişməsinə və Ermənistandan ayrılmasına gətirib çıxaracaq. Bizim əməkdaşlığımız yetərli deyil;
İran (HƏMAS lideri) İsmayıl Haniyənin öldürülməsinə lazımı cavabı verəcək; İran və Ermənistan birgə hərbi təlimlər keçirməli, təhlükəsizlik və kəşfiyyat sahələrində strateji əməkdaşlıq etməli, Ermənistanın müdafiə vəziyyətini yaxşılaşdırmaq üçün Rusiya, Hindistan və Gürcüstanla birgə işləməlidirlər.;
Amerika erməni kilsəsini zəiflətməyə, azğın sektaları təbliğ etməyə, Ermənistanın təhlükəsizliyinə, ordusuna və İKT sahəsinə təsir etməyə çalışır!”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki