Vətəninfo.az xəbər verir ki, Tehrandakı İran-Avrasiya Araşdırmaları İnstitutunun (İRAS) İdarə Heyətinin üzvü olan professor Mahmud Şuri TASS-a müsahibəsində bildirib ki, İranın Rusiya və Çinlə münasibətlərini dəyişmək üçün heç bir əsas yoxdur.
Onun sözlərinə görə, İranın yeni prezidenti Məsud Pezeşkian Tehranın Moskva və Pekinlə əməkdaşlığını genişləndirməyə davam edəcək.
“İranın Rusiya və Çinlə münasibətlərinin dəyişməsi üçün heç bir səbəb yoxdur, üstəlik, mən Tehranla Moskva arasında əlaqələrin genişlənəcəyinə və ya heç olmasa əvvəlki səviyyədə qalacağına inanıram. Pezeşkian çox güman ki, dünya gücləri ilə münasibətləri balanslaşdırmağa çalışacaq. Ümumiyyətlə, çox şey Qərb ölkələri ilə qarşılıqlı əlaqələrin necə qurulacağından, qlobal və regional problemlərin İranın xarici siyasət strategiyasına necə təsir edəcəyindən asılıdır”, – deyə, professor vurğulayıb.