image-346086406_2501384676676805_1985957879007744503_nbackend

Ekspert: “Rusiya Zəngəzur məsələsinə qarışmır: Bakı Moskvanın dəstəyini ala bilib”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın Norviç Universitetinin professoru və Qafqaz üzrə ekspert Laşa Çanturidze İranın “İska News” ajansına müsahibəsində deyib: “Rusiyanın Ukrayna savaşında iştirakına görə bu ölkənin Zəngəzur dəhlizi ilə bağlı konkret mövqeyi yoxdur və əgər İrəvan Bakı ilə kompromis həll yoluna razı olsa, həqiqətən də Moskva buna mane ola bilməz. Digər tərəfdən, Bakı illərdir bu məsələdə Kremlin dəstəyini cəlb edə bilib.

Sual: Ermənistanın Rusiyanın müttəfiqi sayılmasına baxmayaraq, görünür, Kreml kritik günlərdə İrəvana etinasız yanaşır. Sizcə bunun səbəbi nədir?

– Söhbət Ermənistana məhəl qoymamaqdan getmir, əslində Azərbaycanın Rusiya üçün əhəmiyyəti artır. Azərbaycan artıq 1990-cı illərin ölkəsi deyil. Hazırda bu ölkənin səriştəli siyasi rəhbərliyi və güclü hərbi qüvvələri var. Üstəlik, Moskva daha bir ölkənin öz düşməninə çevrilməsindən və xarici iqtisadi əlaqələrdə növbəti uğursuzluğu davam etdirməkdən çəkinmək istəyir. İkinci tərəfdən, Ermənistanın çox yaxın müttəfiqləri yoxdur, ona görə, hər bir halda Rusiyadan asılı qalmalıdır…”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki