image-1backend

Əl-Cəzirə: İsrail ordusu 180 nəfəri diri-diri basdırıb

image-reklam_sirab_01

Fələstinin mülki müdafiə qrupları Qəzzanın Xan Yunis şəhərindəki Nasser Tibb Kompleksində 180 cəsədin tapıldığı kütləvi məzarlıq aşkar ediblər. Vətəninfo.az xəbər verir ki, bu barədə  Əl-Cəzirə məlumat yayıb.

Dəhşətli fakt İsrail hərbçiləri aprelin 7-də qoşunları şəhərdən çıxardıqdan sonra edilib. İsrailin aramsız bombardmanlarından və şiddətli döyüşlərdən sonra Xan Yunisin əksəriyyəti indi xarabalığa çevrilib.

“Xəstəxananın həyətində mülki müdafiə işçiləri və tibb işçiləri bu kütləvi məzarlıqda İsrail hərbçiləri tərəfindən basdırılmış 180 cəsəd tapıblar. Ölənlər arasında yaşlı qadınlar, uşaqlar və gənclər də var. Onlar böyük ehtimalla diri- diri basdırılıblar”, – telekanalın müxbiri Hani Mahmud Xan Yunisdən reportajında ​​bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki