İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza şəhərinin bölgələrinə endirdiyi zərbələr nəticəsində 15 nəfər həlak olub.
Vətəninfo.az Əl-Cəzirə-yə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) şəhərdəki obyektləri bombalanıb.
Həmçinin İsrail ordusu Qəzza zolağının cənubunda, Rəfah şəhərinin qərbində, İDF tanklarının döyüş əməliyyatlarında iştirak etdiyi ərazilərə hava və artilleriya zərbələri endirib.