image-reklam-veteninfo
image-1backend

“Əl-Monitor”: İsrail ABŞ-ın İranla nüvə sazişindən çıxacağından qorxur

image-reklam-veteninfo

İsrail hakimiyyəti Hörmüz boğazı məsələsinin həlli səyləri fonunda ABŞ-ın hazırkı münaqişədə yəhudi dövləti üçün həyati əhəmiyyət kəsb edən İranın nüvə proqramının tənzimlənməsi məsələsindən imtina edəcəyindən qorxur.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Al-Monitor” portalı İsrail rəhbərliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Portalın həmsöhbətlərinin qeyd etdiyi kimi, Amerika tərəfi son həftələrdə İranın nüvə məsələsinin həllində maraq göstərməyib. İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonun bu məsələdə hərəkətsizliyi ilə bağlı narahatlığını ABŞ prezidenti Donald Trampa dəfələrlə bildirib.

Mənbələrdən biri bildirib ki, “Bütün diqqət Hörmüz boğazına yönəlib. Heç kim nüvə məsələsindən danışmır. Bu, bizim üçün mümkün olan ən pis ssenaridir. O, Trampı bir neçə dəfə razı salmağa çalışıb, amma heç nə alınmayıb”. “Əl-Monitor”un əlavə etdiyi kimi, Netanyahu iyulun 19-da Trampla danışıqlar aparmağı və ABŞ liderini İranın nüvə və raket proqramlarına diqqət yetirməyə inandırmağa çalışmağı planlaşdırır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki