Vətəninfo.az xəbər verir ki, İranın raket zərbəsi nəticəsində Qətərdə yerləşən Əl-Udeyd Hərbi Hava bazasındakı peyk rabitə antenası məhv edilib. Yeni yayımlanan peyk görüntüləri zərbənin miqyasını ortaya qoyub. Daha öncə həmin ərazidə yerləşən qübbəli peyk rabitə qurğusunun yerində indi qaralmış sahə görünür, bu da ciddi dağıntılardan xəbər verir.
Bu görüntülər Qətər və ABŞ rəsmilərinin əvvəlki “heç bir ziyan yoxdur” açıqlamalarını təkzib edir. Analitiklər hesab edirlər ki, bu zərbə ABŞ-İran gərginliyinin yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir. ABŞ tərəfi hələlik yeni görüntülərə münasibət bildirməyib.