image-reklam-veteninfo
image-8backend

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

image-reklam-veteninfo

Türkiyənin Elazığ şəhərində 28–29 aprel 2026-cı il tarixlərində keçirilən “Uluslararası Sağlık Turizmi Zirvesi” çərçivəsində tədbirdən sonra qonaqlar üçün mədəni proqram təşkil olunub.

29 aprel tarixində Elazığ  Uluslararası Turizm ve Sağlık Turizmi Derneğinin sədri Murat Solmazın rəhbərliyi ilə Elazığa səfər edən qonaqlar şəhərin təbiət gözəlliklərindən biri olan Çır-Çır şəlaləsini ziyarət ediblər.

Təbiət gəzintisi zamanı qonaqlara ərazinin təbii gözəlliyi barədə məlumat verilib. Səfərin davamında isə iştirakçılar üçün ziyafət təşkil olunub və qonaqlar Elazığın yerli mətbəxi ilə tanış olublar.

Tədbirin məqsədinin regionun turizm potensialını tanıtmaq və Elazığın mədəni-təbii dəyərlərini beynəlxalq qonaqlara təqdim etmək olduğu bildirilib.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki