image-reklam-veteninfo
image-img-20260428-wa0079backend

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”nin rəsmi açılışı keçirildi – FOTOLAR 

image-reklam-veteninfo

Türkiyənin Elazığ şəhərində 28–29 aprel 2026-cı il tarixlərində təşkil olunan Uluslararası Sağlık Turizmi Zirvesi çərçivəsində tədbirin rəsmi açılış mərasimi baş tutub. Zirvə hazırda öz işini davam etdirir.

Rəsmi açılış mərasimində Türkiyə və xarici ölkələrdən dövlət rəsmiləri, millət vəkilləri, səhiyyə və turizm sektorunun nümayəndələri iştirak ediblər. Tədbirin açılışında çıxış edənlər Elazığın sağlamlıq turizmi sahəsində artan rolunu və beynəlxalq əməkdaşlıq imkanlarını vurğulayıblar.

Açılış mərasiminin diqqət çəkən məqamlarından biri Azərbaycan nümayəndə heyətinin jesti olub. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Dərnəyinin sədri Ruslan Quliyev tərəfindən Elazığ valisi Numan Hatipoğlu və AK Parti Elazığ millət vəkili Erol Keleş üçün Azərbaycan–Türkiyə qardaşlığını simvolizə edən xarı bülbül motivli xüsusi hədiyyə təqdim olunub. Bu simvolik hədiyyə iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirib.

Zirvə çərçivəsində beynəlxalq iştirakçıların Elazığın müasir xəstəxanaları, termal resursları və turizm infrastrukturu ilə tanışlığı, həmçinin B2B görüşlərin keçirilməsi davam edir. Tədbirin sağlamlıq turizmi sahəsində yeni əməkdaşlıqların qurulmasına və regionun beynəlxalq bazarlarda tanıdılmasına töhfə verəcəyi gözlənilir.

image-img-20260428-wa0081image-img-20260428-wa0080image-img-20260428-wa0079image-img-20260428-wa0078image-img-20260428-wa0077image-img-20260428-wa0076image-img-20260428-wa0075

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki