Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə təbrik edib.
Bu barədə Vətəninfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Ə.Əsədov Gürcüstanda keçirilmiş İ.Kobaxidzeyə təbriklərini çatdırıb, bu qələbəni dost Gürcüstan xalqının ölkədə həyata keçirilən siyasi kursa dəstəyinin növbəti təsdiqi kimi qiymətləndirib.
Seçkilərin nəticələrinin Gürcüstanın tərəqqisinə və daha da çiçəklənməsinə xidmət edəcəyinə, eyni zamanda, iki xalq arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.