image-1backend

Eli Koen:”Kim Fələstin dövlətinin qurulmasını istəyirsə, bunu öz torpaqlarında edə bilər”

image-reklam_sirab_01

İsrailin energetika naziri Eli Koen İsrailin baş naziri Benyamin Netanyahunun Səudiyyə Ərəbistanı torpaqlarında Fələstin dövlətinin qurulması ilə bağlı bəyanatını təkrarlayaraq deyib: “Kim Fələstin dövlətinin qurulmasını istəyirsə, bunu öz torpaqlarında etsin”.

Vətəninfo.az xəbər verir ki,İsrail Ordusu Radiosu Eli Koenin Netanyahunun bəyanatlarına bənzər fikirlərini yayımlayıb.

Eli Koen deyib: “Kim Fələstin dövlətinin qurulmasını istəyirsə, bunu öz torpaqlarında edə bilər. Biz buna qarşı çıxmayacağıq. Böyük ərazilərə yayılmış ərəb ölkələri var və orada Fələstin dövlətinin yaradılması mümkündür.”

İsrailin baş naziri Benyamin Netanyahu fevralın 7-də verdiyi müsahibədə Səudiyyə Ərəbistanının Təl-Əvivlə normallaşma şərtinə toxunaraq deyib:”Əgər Fələstin dövlətinin qurulmasını istəyirlərsə, onu Səudiyyə Ərəbistanında qura bilərlər.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image