image-66backend

Əliyev-Paşinyan görüşü Brüsseldə olacaq: Diqqət 14 maya

image-reklam_sirab_01

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə Brüsseldə görüşəcəklər. Bu barədə “Financial Times” qəzeti öz mənbələrinə istinadən yazıb.

Qəzetin məlumatına görə, görüş böyük ehtimalla mayın 14-də baş tutacaq.

Mənbə bildirir ki, Qərb müttəfiqləri vasitəçilik səylərini artırdıqca, Azərbaycan və Ermənistan liderləri Brüsseldə sülh danışıqlarını bərpa edəcəklər. “Avropa Şurasının sədri Çarlz Mişel Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı bazar günü qəbul edəcək”.

“Financial Times” qeyd edir ki, fevralda Münhendə aparılan danışıqlardan sonra bu, iki liderin ilk şəxsi görüşü olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki