image-reklam-veteninfo
image-mehemmed-eliyevbackend

Elm və təhsilə xidmətdə keçən ömür

image-reklam-veteninfo

Azərbaycan Dövlət İqtisad Universiteti biznes və logistika kafedrasının müdiri, Əməkdar müəllim
Məhəmməd Ələkbər oğlu Əliyevin anadan olmasının 70 illiyini ölkənin elm-təhsil ictimaiyyəti tarınmış
iqtisadçı alimin şərəÀi və məhsuldar ömür yolunun zirvəsi kimi sevgi-sayğı və qədirbilənliklə qeyd edir.
Ömrünün 21 ilini ölkə iqtisadiyyatının müxtəlif sahələrində praktik fəaliyyətə, 20 ilini isə Azərbaycan ali təhsilinin və iqtisad elminin inkişafına həsr etmiş Məhəmməd Əliyev hər bir soydaşımıza örnək olası şərəfli bir ömür yaşayıb. Pedaqoq adına ucalıq və şərəf gətirmiş mərhum Ələkbər müəllimin və Bağdagül xanımın ailəsində
boya-başa çatması, valideynlərinin şəxsi nümunəsi və zəhmətsevərliyi mühitində tərbiyələnməsi erkən yaşlarından Məhəmmədin qəlbində elmə, biliyə sonsuz həvəs oyatmışdır. Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kənd məktəbindən başlanan həyat yolu Bakı şəhərində 1976–1980-
ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ali təhsil, həmin elm və təhsil ocağında 2005-ci ildə namizədlik dissertasiyası müdafiə etməklə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2008-ci ildə isə dosent elmi adı alması ilə davam etmişdir. 1980–2001-ci illərdə ölkənin neft emalı və
neft kimyası müəssisələrində iqtisadçı, baş iqtisadçı, sex rəisi, baş mühəndis, direktor müavini, Həmkarlar İttifaqları Komitəsinin sədri və direktor kimi məsul vəzifələrdə çalışarkən özünü yüksək dərəcədə səriştəli
mütəxəssis və bacarıqlı təşkilatçı olaraq tanıdan Məhəmməd Əliyev respublikanın elmi-ictimai dairələrində, haqlı olaraq, böyük hörmət və nüfuz qazanmışdır. Artıq 20 ildən çoxdur ki, iqtisadçı alim həyatını ölkəmizdə elm və təhsilin inkişafına həsr etməklə özünü cəmiyyətə vətənini ürəkdən sevən görkəmli iqtisadçı alim, zəngin dünyagörüşünə malik bacarıqlı müəllim, səmimi və qayğıkeş insan, layiqli ziyalı obrazı ilə tanıtmışdır. Onun ömür
yolu zəhmətkeşlik, əzmkarlıq və peşəkar fəaliyyətində nümayiş etdirdiyi prinsipial mövqe ilə seçilmişdir. Alimin təhsil sahəsində zəngin təcrübəsi ona Azərbaycan Dövlət İqtisad Universitetində rəhbərlik etdiyi biznes və logistika kafedrasında yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə göstərdiyi xidmətdə və elmi uğurlar qazanmaqda yardımçı olmuşdur. Məhəmməd Əliyev Azərbaycan neftinin dünya bazarlarına çıxarılması ilə bağlı
strateji məsələlərə həsr olunmuş çoxsaylı tədqiqatların müəllifidir. Bu istiqamətdə qələmə aldığı 60-dan çox elmi məqalə, monoqrafiya, dərslik və dərs vəsaiti, habelə təşkilatçısı və ya iştirakçısı olduğu müxtəlif elmi-praktik konfranslarda və simpoziumlarda irəli sürdüyü qiymətli təkliflər ölkəmizin iqtisadi siyasətinin elmi əsaslarla möhkəmləndirilməsində və milli iqtisadiyyatın dayanıqlı inkişafında xüsusi əhəmiyyət kəsb edir. Respublikanın tanınmış iqtisadçı alimlərindən olan Məhəmməd Əliyev elmi fəaliyyətini bütünlüklə ölkəmizin iqtisadi siyasətinin, inkişaf və tərəqqimizin ayrı-ayrı elementlərinin tədqiqinə həsr edən, bu mövzuda ardıcıl olaraq müxtəlif səviyyəli elmi məclislərdə və nəşrlərdə çıxışlar edən istedadlı tədqiqatçılarımızdandır. Məhəmməd Əliyevin elm və təhsil
sahəsindəki xidmətləri nəinki ölkə daxilində, beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilərək çoxsaylı mükafatlara layiq görülmüşdür. 2015-ci ildə aldığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanları, 2016-cı ildə “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə layiq görüldüyü “Ən yaxşı vətənpərvər tədqiqatçı alim”
qızıl medalı, 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə verilmiş “Qabaqcıl Təhsil İşçisi” döş nişanı onun xidmətlərinin dəyərini ifadə edir. Alimin məhsuldar və önəmli fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək dəyərləndirilmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir. Dövlətimizə və xalqımıza sadiq bir ziyalı kimi ulu öndər Heydər Əliyevin siyasi kursuna daim bağlı olmuş Məhəmməd Əliyev bu gün həmin siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətə elmi dəstək qazandırmaqla iqtisadi yüksəlişə xidmət göstərir. Ölkəmizin ən güclü və ən nüfuzlu siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının üzvü kimi o, siyasi proseslərin ön cəbhəsindədir. Alimin rəhbərlik etdiyi biznes və logistika kafedrası uzun müddətdir Azərbaycan Respublikasının Auditorlar Palatası ilə sıx əməkdaşlıq edir. Auditorlar Palatasının məqsəd və vəzifələrinin həllində mühüm töhfəsinə görə ona qurumun “Fəxri üzvü”
statusu verilmişdir. Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyi çağdaş dövrdə Məhəmməd Əliyev bu tarixi uğurun mahiyyətini, ölkəmizə gətirdiyi misilsiz siyasi və iqtisadi dividendləri xalqımıza çatdırmaq üçün respublika mediasında davamlı olaraq aktual mövzularla çıxışlar edir. Onun “Xalq
qəzeti”nin logistika eksperti olaraq, bu nəşrdə dərc edilən analitik yazılarında, rəy və təkliflərində Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəaliyyəti, Zəngəzur yolunun açılması ilə bağlı dünyanın maraqlı dövlətlərinin, strateji və logistik mərkəzlərinin yeritdikləri siyasət, sərgilədikləri mövqelər şərh olunur. Bu təhlillərdə ölkəmizin mənafeyi diqqətlə izlənilir, yanlışlıqlardan və maneələrdən yan keçmək üçün mötəbər mütəxəssis mülahizələri əksini tapır. Məhəmməd müəllimin ölkənin nəqliyyat şəbəkəsinin modernləşdirilməsi,
Qarabağın dağıdılmış yol infrastrukturunun bərpası, daxili və qlobal daşımaların iqtisadi səmərəliliyinin təmin edilməsi kimi mövzularda mətbuatda işıq üzügörən yazıları da onu dərin bilikli logistika mütəxəssisi, ölkənin təqqisinə zəkası və vətənpərvərliyi ilə xidmət edən ziyalı kimi sevdirir. Bu geniş maarifləndirmə-izahat fəaliyyəti Məhəmməd müəllimin nəzəri tədqiqatlarının praktik istiqamətlərinin ölkənin nəqliyyat şəbəkəsinə fayda gətirməsinə, sahənin ümumu uğurlarına elmi və informasiya dəstəyi qazandırılmasına önəmli təsir göstərir. Əminik ki, Məhəmməd Əliyevin zəngin həyat və fəaliyyət yolu gənc nəslin maarifləndirilməsində, onların Vətənə və dövlətə sədaqət ruhunda yetişdirilməsində mühüm nümunə olacaq. Onun bu gün də ictimaiyyət tərəfindən böyük ehtiramla qarşılanan bilik və təcrübəsi, nüfuzlu mövqeyi müstəqil dövlət quruculuğuna, milli dəyərlərimizin qorunmasına və iqtisadi mühitin inkişafına xidmət etməyə yönəlib. Ömür yolunun 70-ci pilləsini arxada
qoyduğu bu günlərdə Məhəmməd Əliyevi – Azərbaycan Dövlət İqtisad Universitetinin çoxsaylı kollektivi adından əlamətdar yubileyi münasibətilə səmimi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, elmi-pedoqoji və təşkilati işlərində yeni uğurlar arzu edirik.

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin deputatı,
Azərbaycan İqtisadçılar
İttifaqının sədri, akademik

Vahid NOVRUZOV,
Auditrlar Palatasının sədri,
iqtisad elmləri doktoru,professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki