“Seçki kampaniyasının başlamasından cəmi bir neçə gün keçib, lakin bir qəribəliyin şahidi olmuşam. Məlum olub ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib.”
Vətəninfo.az xəbər verir ki, bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd memar Elçin Əliyev bildirib. O qeyd edib ki, iki məntəqədə də seçki onun rəqibi, “Bakı Tikiş Evi”nin sahibi Fidail Rəhimovun oğlu Elnur Rəhimovun ailəsinə məxsus mülklətdə keçiriləcək:
“Mənim kimi Elnur Fidail oğlu Rəhimov da 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürür. Çox yaxşı. O, atası Fidail Rəhimovun sahibi olduğu “Bakı Tikiş Evində” maliyyə üzrə direktor müavini vəzifəsində çalışır. Çox yaxşı və Allah onlara rifah və daha böyük sifarişlər versin. Lakin məni çaşdıran odur ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib.
Təsəvvür edirsiniz?! İki məntəqədə seçkilər namizədin ailəsinə aid mülkiyyətdə keçiriləcək!
Amma narahat olmayın, dostlar və diqqət yetirin – mən yenə də qazanacağam”.xalq.az