image-1backend

Elxan Allahverdiyev Eldar Əzizovun tənqidini saytda yerləşdirmədi (FOTO/YENİLƏNİB)

image-reklam_sirab_01
Xəbər verdiyimiz kimi, bu ilin 6 avqust tarixində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərliyi ilə keçirilən müşavirədə Binəqədi rayon rəhbərliyi və kommunal xidmətlərin işi ciddi tənqid olunub. Bildirilib ki, son vaxtlarda paytaxtda sanitar-təmizlik məsələlərinin vəziyyəti ilə bağlı ən problemli ərazilərdən biri Binəqədi rayonudur.
Qaynarinfo-nun məlumatına görə, sözügedən məlumat KİV-də də geniş işıqlandırılıb.
Amma maraqlısı odur ki, bu məlumatın mətni Bakı Şəhər İcra Hakimiyyətinin saytından silinib. Xəbərin yalnız başlığı və bəzəkli şəkillər saxlanılıb.
Bakı merinin müşavirəsi Binəqədi Rayon İcra Hakimiyyətində keçirilməsində baxmayaraq, sözügedən xəbər rayonun rəsmi veb səhifəsində də yerləşdirilməyib.
Əvəzinə dünən “Binəqədi rayonunda məişət tullantılarının daşınması istiqamətində yeni mərhələyə keçidlə bağlı geniş maarifləndirmə işlərinə start verildi” başlığı ilə yazı dərc edilib.

 

 

 

Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir.
Apardığımız araşdırmaya görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tənqid etdiyi digər rayonların rəhbərliyi ilə bağlı da məlumatlar qurumların rəsmi səhifələrindən silinib.
***
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunda keçirdiyi müşavirənin mətni qurumun rəsmi saytında yenidən bərpa edilib. 
 
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, müşavirə ilə bağlı xəbərin mətni saytda olmamasının səbəbi texniki məsələlərlə bağlı olub. Artıq problem öz həllini tapıb. 
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki