image-elxan-sahinoglubackend

Elxan Şahinoğlu: “Sərhədin müəyyənləşməsi Ermənistanın birmənalı şəkildə Qarabağın Azərbaycan torpağı kimi tanınmasıyla nəticələnəcək”

image-reklam_sirab_01

“Azərbaycan, Ermənistan və Rusiya liderləri noyabr ayında Soçi görüşünün yekunlarıyla bağlı ortaq bəyanat qəbul etmişdilər. Həmin bəyanatda yazılıb ki, Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi – delimitasiya və demarkasiya çalışmaları başlamalı və 2021-ci ilin sonuna qədər komissiya yaradılmalıdır”.

Veteninfo.az xəbər verir ki, bunu “Atlas Araşdırmalar”Mərkəzinin rəhbəri Elxan Şükürlü  Azərbaycanla-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi istiqamətində Bakı və İrəvandan səslənən açıqlamaları şərh edən zaman bildirib.

Eksper bildirib ki, ancaq bu vaxta qədər komissiya yaradılmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan və onun hökuməti məsələni uzatmağa çalışır: “Çünki Paşinyan bilir ki, Azərbaycanla sərhəd müəyyənləşsə və müvafiq saziş imzalansa Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıyacaqlar. Bu isə o demək olacaq ki, Ermənistan hökuməti Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq. Ermənistan hakimiyyəti isə məntiqdən kənar iddia orataya atır. İddianın məğzi budur ki, “Ermənistanın Azərbaycanla sərhədi müəyyənləşməsinin Qarabağa dəxli olmamalıdır”. Bu gülünc iddiadır. Yəni rəsmi İrəvan ona işarə edir ki, sərhədlərin müəyyənləşməsiylə bağlı sənəd imzalansa belə, Qarabağ “məsələsi” ayrıca “həll olunmalıdır”. Ermənistan hakimiyyəti bununla Qarabağın “statusuna” işarə edirlər. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Qarabağ mövzusunu heç kimlə müzakirə etməyəcəyini bildirdi, “status” məsələsi bitib”. Elxan Şahinoğlu qeyd edib ki,buna baxmayaraq, Paşinyana müxalif olan fərqli qüvvələr – “Qarabağ klanının” simasında Ermənistan daxilindəki radikal müxalifət, Qarabağdakı separatçılar, xaricdəki erməni lobbisi və yenidən peyda olan ASALA terrorçu təşkilatı Azərbaycanla sərhədlərin müəyyənləşməsinin əleyhinədirlər: “Çünki onlara da aydındır ki, sərhədin müəyyənləşməsi Ermənistanın birmənalı şəkildə Qarabağın Azərbaycan torpağı kimi tanınmasıyla nəticələnəcək. Buna görə də Ermənistan hakimiyyəti məsələni uzatmağa çalışır. Təəssüf ki, Rusiya bu məsələdə Ermənistan hakimiyyətinə təsir etmir. Rusiya rəsmiləri və diplomatları bir tərəfdən Azərbaycan-Ermənistan sərhədinin müəyyələşdirən sənəd üzərində işin başlanmasını istədiklərini deyirlər, digər tərəfdən Ermənistan hökumətinin Soçi bəyanatına zidd olaraq prosesin uzanmasına etiraz etmirlər. Azərbaycan yenə ikili siyasətlə üz-üzə qalıb. Sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlar başlamasa belə, Azərbaycan ordusu və sərhədçiləri üzərlərinə düşəni ediblər, biz müharibədən sonra sərhəddə Azərbaycana aid strateji nöqtələrdə möhkəmlənmişik”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki