image-1backend

Ən az investisiya yatıran ölkələr- Böyük Britaniya pullarına qənaət edir

image-reklam_sirab_01

Artıq üçüncü ildir ki, Böyük Britaniya G-7 ölkələri arasında ən az investisiya yatıran ölkədir.

Vətəninfo.az xəbər verir ki, Londonda yerləşən İctimai Siyasət Araşdırmaları İnstitutunun (İPPR) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) məlumatlarına əsaslanan hazırladığı təhlilə əsasən, Böyük Britaniya son 30 ilin 24-ündə G-7 ölkələri arasında investisiyaların həcminə görə aşağı yerdə qərar tutub.

2022-ci il üçün ən son müqayisəli məlumatları göstərib ki, Böyük Britaniyada özəl sektorun investisiyaları 3-cü ildir ki, bütün digər G-7 ölkələrindən aşağı olub.

Bundan əlavə, Böyük Britaniya 31 OECD ölkəsi arasında özəl sektora investisiyalar üzrə 28-ci yerdədir.

Sloveniya, Latviya və Macarıstan Ümumi Daxili Məhsul baxımından Böyük Britaniyadan daha çox özəl sektor investisiyaları cəlb edib. Yunanıstan, Lüksemburq və Polşada isə özəl sektorun sərmayələri Böyük Britaniyadan daha aşağı səviyyədə qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki