image-1backend

“Ən yaxşı yol budur” – Slovakiyanın baş naziri

image-reklam_sirab_01

Ukrayna hakimiyyəti Azərbaycandan qazın Avropaya nəqli imkanlarını nəzərdən keçirməyə başlayıb. Vətəninfo.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko bildirib.

“Ukrayna prezidenti Zelenskiyə göstərdiyimiz böyük təzyiq altında Kiyev Azərbaycan qazının öz ərazisi ilə Avropaya tranzit imkanlarını nəzərdən keçirmək istəyindən danışmağa başlayır”, – Fiko qeyd edib.

O, Ukraynanın Rusiyadan qaz tranzitini dayandırmaq qərarının Avropada qazın qiymətinə təsir edən “fəlakətli nəticələrə” malik olduğuna əmin olduğunu bildirib.

Xatırladaq ki, “Qazprom” Ukraynanın “Naftoqaz”ı ilə müqavilənin müddətinin başa çatması səbəbindən yanvarın 1-dən etibarən Ukrayna üzərindən qaz nəqlini dayandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image