İsrailin baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenlə görüşüb.
İsrail Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən açıqlamada Benyamin Netanyahu və Entoni Blinkenin Qərbi Qüdsdə görüşdüyü bildirilib.
Açıqlamada B.Netanyahu ilə E.Blinkenin görüşünün gündəliyi ilə bağlı məlumat verilməyib.
İsrail mətbuat orqanları Entoni Blinkenin İsrail və ”Həmas” arasında əsir mübadiləsi danışıqlarını yenidən başlatmaq üçün Yaxın Şərq turuna çıxdığını bildirib.
ABŞ dövlət katibi Antoni Blinken 2023-cü il oktyabrın 7-dən etibarən İsrailə 11 dəfə səfər edib.