image-9backend

Entoni Blinken: ”Türkiyəyə təşəkkür edirik”

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Türkiyə və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterressə Qara dəniz taxıl dəhlizinin yenidən fəaliyyətə başlaması üçün göstərdikləri səylərə görə minnətdar olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Entoni Blinken paytaxt Vaşinqtonda səfərdə olan İngiltərə xarici işlər naziri Ceyms Kleverli ilə keçirdiyi görüşdən sonra ortaq mətbuat konfransı təşkil edib.

Entoni Blinken görüş zamanı Ukrayna-Rusiya müharibəsi, Çinlə rəqabət, regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə etdiklərini bildirib.

Blinken deyib: “Rusiya son günlərdə gəmilərin Ukrayna limanlarına getməsinə mane olmaq, dünya bazarına, Afrika, Yaxın Şərq və ərzağa ehtiyacı olan insanlara gedən ərzaq miqdarını azaltmaq kimi hərəkətə yenidən başlayıb. Biz BMT-nin Baş katibinə və Türkiyədəki həmkarlarımıza yorulmaz səylərinə görə minnətdarıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki