image-reklam-veteninfo
image-1backend

Əraqçi: Tehran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə danışıqları davam etdirir

image-reklam-veteninfo

İran Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan yeddi günlük planın həyata keçirilməsi ilə bağlı vasitəçilərlə intensiv əlaqə saxlayır.

Vətəninfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Əraqçi qeyd edib ki, İranın silahlı qüvvələri ölkəni müdafiə etməyə hazır olsa da, Tehran diplomatik səylərin nəticə verməsi üçün imkan yaratmağa davam edir.

“Cəsur silahlı qüvvələrimiz vətənimizi müdafiə etməyə tam hazır olsa da, İran diplomatiyaya uğur qazanmaq şansı verməyə davam edir. Yeddi günlük planımızın bir həftədən az müddətdə həyata keçirilməsini təmin edə biləcək ideyaları müzakirə etmək üçün vasitəçilərlə sıx və davamlı əlaqə saxlayırıq”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Qətər vasitəçilərinin İrana ABŞ ilə regionda gərginliyin azaldılmasına yönəlmiş yeni razılaşma layihəsi təqdim etdiyi bildirilmişdi. Layihədə tərəflər arasında etimadın yaradılması məqsədilə ABŞ və İranın atmalı olduğu addımları əhatə edən yeddi günlük fəaliyyət planının nəzərdə tutulduğu qeyd olunurdu.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki