Vətəninfo.az xəbər verir ki, bu gün Misirin xarici işlər naziri Bədr Əbdülati iranlı həmkarı Abbas Əraqçı və Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossini Qahirədə qəbul edəcək.
Misirin dövlət qəzeti “Əl-Əhram”ın verdiyi məlumata görə, bu yüksək səviyyəli görüşdə regional və beynəlxalq gündəmdə olan mühüm məsələlərin, xüsusilə də İranın nüvə proqramı ilə bağlı son inkişafların müzakirə olunması gözlənilir.
“Əl-Məyadin” telekanalı daha öncə Vyanadakı müxbirinə istinadla yazıb ki, Əraqçıvə Qrossinin yaxın 48 saat ərzində Qahirəyə səfəri planlaşdırılıb.