image-reklam-veteninfo
image-1backend

Ərdoğan Ankarada Şahbaz Şərifi qəbul edib

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib.

Görüş zamanı Ərdoğan bildirib ki, Ankara Türkiyə ilə Pakistan arasında münasibətlərin yaxşılaşdırılması və 5 milyard dollarlıq ticarət hədəfinə nail olmaq üçün addımlar atmağa davam edəcək.

O qeyd edib ki, Türkiyə ilə Pakistan arasında terrorla mübarizədə təlim, kəşfiyyat məlumatlarının mübadiləsi və texnoloji dəstək sahələrində həmrəyliyin gücləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur.

O vurğulayıb ki, İstanbul-Tehran-İslamabad dəmir yolu xətti fəaliyyətə başlamalıdır. Təhsil sahəsində atılacaq konkret addımlar əlaqələrin möhkəmlənməsinə kömək edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki