Azərbaycan və Ermənistan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün mühüm şans əldə ediblər. Vətəninfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Nyu-Yorkda Türk Evində ABŞ-ın bir sıra beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Türkiyənin prinsipial mövqeyi fikir ayrılıqlarının aradan qaldırılmasına, sülhə və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verməkdir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Nyu-York şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.