image-1backend

Ərdoğan: Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi Boraltan faciəsinin ləkəsini sildi

image-reklam_sirab_01

“44 günlük Vətən Müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi güclü dəstək Azərbaycanın tarixi torpaqlarını erməni işğalından azad etməklə yanaşı, Boraltan faciəsinin rüsvayçı ləkəsini də ölkəmizin vicdanından silib”. Bunu Türkiyə Prezidenti Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı deyib.

1944-cü ildə 146 azərbaycanlı sovet rejiminin zülmündən qurtulub Türkiyədən sığınacaq istəyib. Bunun üçün Türkiyənin İğdır vilayəti ilə sərhəddə Araz çayı üzərindəki Boraltan körpüsünü keçərək oradakı hərbi hissələrdən birinə sığınıblar.

Nəticədə Türkiyə Sovet hökumətinin tələbi ilə sığınmış azərbaycanlıları dərhal SSRİ-yə təhvil verdi. Azərbaycanlılar Türk əsgərlərinə müraciyyət edir: “Biz sizi kardeş bilib gəldik, və əminik ki, sizə əmr böyük yerdən gəlib siz də çarəsizsiz, amma bizi gavurların əlinə verib onların əli ilə öldürtdürməyin elə burdaca siz öldürün.”

Sovet tərəfinə təslim edilən azərbaycanlılar türk əsgərlərinin gözü qarşısında yerindəcə güllələndilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki