image-reklam-veteninfo
image-1backend

Ərdoğan Baydenə: İsrail Qəzza böhranını bölgəyə yaymaq istəyir

image-reklam-veteninfo

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə telefon danışığında bildirib ki, İsrail Qəzza zolağında yaranmış böhranı bütün regiona yaymağa çalışır.

Vətəninfo.az xəbər verir ki, onların telefon danışığı barədə məlumatı Türkiyə prezidentinin administrasiyası yayıb.“Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, Qəzza məsələsi, Türkiyədə məhbus mübadiləsi, eləcə də regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahu rəhbərliyinin atəşkəs və sülh istəmədiyini hər addımında nümayiş etdirdiyini bildirib…. O qeyd edib ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzzada atəşkəsə nail olmaq səylərinə ağır zərbə vurub və İsrailin Qəzza zolağında münaqişəni bütün regiona yaymağa çalışdığını vurğulayıb. TASS press-relizdən sitat gətirib. Qeyd olunur ki, Ərdoğan Türkiyənin “Türkiyə-Amerika münasibətlərinin bütün sahələrdə yaxşılaşdırılması üçün hər şeyi etdiyini və gələcəkdə də etməyə davam edəcəyini” deyib.

Bayden də öz növbəsində girov mübadiləsinin baş tutması üçün göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib. Mübadilə Ankara hava limanında baş tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki