image-1backend

Ərdoğan  Braziliyaya getdi

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün Braziliyaya gedib.

Vətəninfo.az xəbər verir ki, dünyanın ən inkişaf etmiş 19 ölkəsi, Avropa və Afrika birlikləri başçıları G20 üçün bir araya gəlir.

Builki sammitin əsas mövzusu “Ədalətli dünya və möhkəm planet qurmaq”dır.

Prezident Ərdoğan 18-19 noyabr tarixlərində Müasir İncəsənət Muzeyində keçiriləcək zirvə toplantılarında iştirak edəcək.

Türkiyə prezidentinin həm də aparıcı ölkələrin başçıları ilə ikitərəfli görüşləri olacaq. Bu görüşlərində o, İsrailin Qəzza və Livana hücumlarına diqqət çəkəcək.

Qeyd edək ki, G20 çərçivəsində “Sosial inklüzivlik, aclıq və yoxsulluqla mübarizə”, “Qlobal idarəetmə institutlarında islahat” və “Dayanıqlı inkişaf və enerji” adlı üç sessiya keçiriləcək.

ABŞ prezidenti Co Bayden sonuncu dəfə sammitdə iştirak edəcək. Rusiya prezidenti Vladimir Putin isə sammitdə iştirak etməyəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image