Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya arasında mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqların uğurlu olacağına ümid edir.
Vətəninfo.az xəbər verir ki , bu barədə “TASS” yazır.
Ərdoğan xatırladıb ki, mayın 11-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Ukrayna probleminin həlli perspektivlərini ətraflı müzakirə edib. Hökumət iclasından sonra o vurğulayıb ki, mayın 12-də Vladimir Zelenski ilə telefon danışığı olub.
“Rusiya prezidenti Vladimir Putinlə ətraflı telefon danışığımız olub”. Onunla bir çox mühüm məsələləri, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən münaqişəyə son qoymaq məsələsini müzakirə etdik. Zelenski ilə indicə telefon danışığımız olub. Ötən həftə ABŞ prezidenti Donald Trampla da bu məsələni müzakirə etdik, qan tökülməsinin dayandırılması üçün atılan addımlardan danışdıq. “Biz Trampın münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək istəyini dəstəkləyirik.
“Biz danışıqlara ev sahibliyi etməkdən məmnun olacağımızı və onların uğur qazanacağına ümid edəcəyimizi dedik”, – Türkiyə lideri vurğulayıb.