image-1backend

Ərdoğan İraqa gedir

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli seçkilərdən sonra xarici səfərlərinə başlayır.

Vətəninfo.az xəbər verir ki,  Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində ilk olaraq İraq Prezidenti Əbdüllətif Rəşidlə görüşəcək. Daha sonra o, İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşəcək.

Qeyd edək ki, Prezident Ərdoğan 13 ildən sonra İraqın paytaxtı Bağdada gedir.

Səfər zamanı terrorla mübarizə, su ehtiyatlarından istifadə və təbii qaz və neftin Türkiyəyə axını daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki