image-reklam-veteninfo
image-1backend

Ərdoğan İsrailin Qəzzadakı xəstəxananı bombalamasını tarixi cinayət adlandırdı

image-reklam-veteninfo

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzadakı xəstəxananı bombalaması ilə bağlı deyib: “Qadınlar, uşaqlar və günahsız mülki vətəndaşların olduğu xəstəxananın vurulması İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir”.
Vətəninfo.az xəbər verir ki, bu barədə  Rəcəb Tayyib Ərdoğan rəsmi internet səhifəsində paylaşım edib.
“Qadınların, uşaqların və günahsız mülki şəxslərin olduğu xəstəxananın vurulması İsrailin ən əsas insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir.Bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm”,-deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki,İsrailin Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasını bombalaması nəticəsində ilkin məlumatlara görə 500 nəfər həlak olub. Bu barədə Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib. Məlumata görə, həlak olanların əksəriyyəti körpə, uşaq və qadındır.Fələstin dövlət başçısı Mahmud Abbas hadisədən sonra 3 günlük matəm elan edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki