Vətəninfo.az xəbər verir ki,ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ərəb respublikasında baş verən hadisələr fonunda Suriyadan qoşunların çıxarılması prosesində Türkiyənin əhəmiyyətini vurğulayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan mənim dostum və hörmət etdiyim bir insandır. Düşünürəm ki, o da mənə hörmət edir”, – deyə “Anadolu” agentliyi yazıb.
O, əvvəlki prezidentliyi dövründə müharibələrdən qaçdığını xatırladıb.
Respublikaçı xadimin sözlərinə görə, ilk prezidentlik dövründə ABŞ Suriyada İŞİD terror təşkilatını məğlub edib və o, qoşunlarının böyük hissəsini bu ölkədən çıxarıb.