image-1backend

Ərdoğan: “ Məsud Pezeşkian ilə danışıb təbrik edəcəyəm”

image-reklam_sirab_01

Vətəninfo.az “Anadolu Ajansı”na istinadən  xəbər verib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda son prezident seçkiləri və Məsud Pezeşkianın qələbəsi ilə bağlı sualı cavablandırarkən deyib:
“Məsud Pezeşkian əslində türkdür və o, Təbrizdə türkcə danışır. Kürd bölgələrində gedəndə isə kürdcə danışa bilir, fars dilini də mükəmməl bilir. Onunla əlaqə saxlayıb təbrik edəcəyəm. Ümid edirəm ki, İran və Türkiyə münasibətləri gələcəkdə daha da yaxşılaşacaq. Türkiyə bölgədə İranla ən yaxşı əlaqələrə malik ölkədir. İran Türkiyə üçün önəmli qonşudur və bizim onunla uzun tarixi və mədəni əlaqələrimiz var. Ümid edirəm ki, yeni dövrdə Türkiyə ilə İran arasında münasibətlər artan sürətlə müsbət yöndə inkişaf edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki