Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçiriləcək Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək.
Vətəninfo.az xəbər verir ki, Prezident İqamərgahında keçiriləcək iclasda terrorla mübarizə, ölkə daxilində və sərhəddən kənarda keçirilən əməliyyatlar, suriyalı qaçqınların ölkələrinə qayıtması, Rusiya-Ukrayna müharibəsi, taxıl daşınması kimi mövzuların müzakirə olunması gözlənilir.