image-reklam-veteninfo
image-erdogan_290523-768x403backend

Ərdoğan Nyu-Yorkda istəyinə nail ola biləcəkmi?

image-reklam-veteninfo

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdadır, o amerikalı iş adamları və müxtəlif dövlətlərin liderləriylə görüşlərə başlayıb. Ancaq Ərdoğanın Nyu-Yorka səfərinin əsas məqsədi bu həftə BMT Baş Assambleyasındakı çıxışı olacaq. Böyük ehtimalla Ərdoğan çıxışında yenə “dünya beşdən böyükdür” tezisini təkrarlayacaq. Ərdoğan BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin sayının artırılmasını istəyir. Türkiyə ilə yanaşı Braziliya, Hindistan, Yaponiya, Almaniya kimi ölkələr də BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddialıdırlar. 60 il ərzində BMT-də struktur dəyişikliyi həyata keçirilməyib. Halbuki, dünya çox dəyişib, Afrika, Cənubi Amerika və Asiyanın böyuük hissəsi BMT Təhlükəsizlik Şurası daimi üzvlüyündə təmsil olunmayıb.

Ərdoğanın çağırışına müsbət yanaşma var. Daimi üzvlərin hamısı, o cümlədən ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin sıralarının genişlənməsinin əleyhinə deyillər. Ancaq Rusiya və Çin üzvlüyə Qərb ölkələrinin, o cümlədən Almaniya və Yaponiyanın namizədliklərinin əleyhinədirlər. Pekinin Hindistanın daimi üzvlüyünə də müsbət yanaşdığını söyləmək çətindir. Halbuki, Hindistan əhalisinin sayına görə Çini üstələyib. Hindistanın namizədliyini ABŞ da dəstəkləyir.

Beləliklə, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin sayının artırılmasını hamı istəsə də, namizədlər məsələsində ciddi fikir ixtilafı mövcuddur. Bu səbəbdən də hazırki daimi üzvlərin yeni üzvlərlə bağlı yekdil qərar verəcəyi çətindir.

Elxan Şahinoğlu

Politoloq




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki