“Biz Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasını və Ermənistanla Azərbaycan arasında sülhün hökm sürməsini istəyirik”, -Vətəninfo.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Bu ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının mümkün olub-olmaması sualına prezident Ərdoğan belə cavab verib.
“İndi qərarı mən yox, cənab İlham Əliyev verir. Biz istəyirik ki, saziş imzalansın və Ermənistanla Azərbaycan arasında sülh hökm sürsün. Ermənistanın baş nazirinin müsbət addımlar atdığını görürük. Azərbaycan prezidenti də sülhün və müsbət gündəmin tərəfdarıdır”.
Həm dünyanın, həm də bölgənin sülh axtardığını qeyd edən Ərdoğan, buna ən qısa zamanda nail olmaq istədiklərini vurğulayıb.


























