image-1backend

Ərdoğan Paşinyanla görüşəcək -FOTO

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Nyu-York şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.

“Sputnik Armenia” bu barədə məlumatı türk mənbələrinə istinadən yayıb.

Məlumata görə, tərəflər BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşəcəklər.

Bildirilib ki, Nikol Paşinyan sentyabrın 22-də Nyu-Yorka səfərə gedib.

Sonuncu dəfə Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan bu il yayın əvvəlində telefonla danışıb.

Türkiyənin “Sabah” qəzeti yazır ki, Ərdoğan bir çox dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcək və onların əksəriyyətini Nyu-Yorkda türk diplomatiyasının simvolu olan Türk Evində (bina BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı ilə üzbəüz yerləşir – red.) qəbul edəcək. Görüşlər sırasında İraqın Baş naziri Məhəmməd Şiə Əl Sudani, Niderlandın Baş naziri Dik Şuf, BMT-nin Baş katibi Antonio Quterreş, Ermənistanın baş naziri Nikol Paşinyan, Ukrayna Prezidenti Volodimir Zelenski, Küveytin vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd Əl- Sabah, İran Prezidenti Məsud Pezeşkian, Almaniya kansleri Olaf Şolts var”, – nəşr yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki