Vətəninfo.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə bildirib ki, Ankara əvvəldən Suriyanın ərazi bütövlüyü, birliyi və vahid strukturunun qorunmasına sadiqdir.
Ərdoğan Türkiyənin milli təhlükəsizliyi çərçivəsində Suriyada fəaliyyət göstərən kürd və İŞİD terror təşkilatlarına qarşı tədbirlər görəcəyini vurğulayıb.
Türkiyə lideri İŞİD-lə üzbəüz döyüşən yeganə NATO ölkəsi kimi kürdlərin Suriyadakı vəziyyəti dəyişməsinə və İŞİD-ə qarşı mübarizənin zəifləməsinə heç vaxt imkan verməyəcəyini bildirib.