image-reklam-veteninfo
image-1backend

Ərdoğan – Putin -Əliyev – Paşinyan görüşü harada keçiriləcək?

image-reklam-veteninfo

Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün tarixi və yeri barədə konkret məlumat yoxdur. Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

“Görüşün tarixi və yeri ilə bağlı konkret məlumat yoxdur. Hələlik məsələ təklif səviyyəsində qalır”, – deyə agentliyin həmsöhbəti bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti ABŞ-a yola düşməzdən əvvəl keçirdiyi brifinqdə  Azərbaycan -Ermənistan  məsələsi ilə bağlı dördtərəfli görüş keçirmək niyyətində olduğunu bildirmişdi.
Ərdoğan onu da bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan hələlik təklifə cavab almayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki