image-e7147a01-9687-4dc3-8283-1b1b360e6161backend

“Ərdoğan qalibdir…” – Dünya mediası Türkiyədəki seçkilərlə bağlı nə yazır?

image-reklam_sirab_01

Ötən gün Türkiyədə baş tutan prezident və parlament seçkiləri möhtəşəm bir yarışa səhnə oldu.

Prezident seçkilərində səsvermə bülletenlərinin təxminən 99 faizinin sayılmasından sonra hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,42 faiz səslə liderdir. İkinci yerdə 44.95 faiz səslə “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu, üçüncü yerdə isə 5, 2 faiz səs toplayan Sinan Oğan gəlir.

Məlumat üçün qeyd edək ki, namizədlər qalib olmaq üçün müəyyən olunan 50 faizlik həddi keçə bilmədiyindən, seçkilərin taleyi mayın 28-də keçiriləcək ikinci turda müəyyənləşəcək. İlkin təxminlərə görə, parlament seçkilərində üstünlük əldə edən, həmçinin əsas rəqibini 4,3 faiz səs çoxluğuyla qabaqlayan Ərdoğanın ikinci turda qalib gəlmək şansı daha yüksəkdir.

Uzun müddətdir Türkiyədəki seçkiləri yaxından izləyən dünya mediası da Ərdoğanın ikinci turda daha öndə olduğunu, Kılıçdaroğlunun qalib gəlmə ehtimalının çox aşağı olduğu qənaətindədir.

Dünyanın aparıcı media orqanlarından bəzilərinin Türkiyədəki seçkilər və ikinci turla bağlı fikirlərini təqdim edirik:

“AFP”: “KILIÇDAROĞLUNUN SƏS FAİZİ MƏYUSLUQ YARATDI”

Fransanın “Agence France-Presse” (AFP) xəbər agentliyi Ərdoğanın gecə yarısı xalqın qarşısına alqışlarla çıxdığına diqqət çəkərək, onun “Önümüzdəki 5 ildə də xalqımıza xidmət etməyə davam edəcəyimizə ürəkdən inanıram” ifadəsinə yer verib.

Kılıçdaroğlunun səs nisbətinin məyusluq yaratdığını bildirən “AFP” seçki prosesi ilə bağlı bunları yazıb: “Kılıçdaroğlunun ittifaqı əvvəlcə səslərin sayılmasına etiraz edərək, müxalifətin irəlidə olduğunu iddia etdi. Lakin 74 yaşlı siyasətçi jurnalistlərin qarşısına çıxanda bir az ümidsiz görünürdü. O, ikinci turun qaçılmaz olduğunu etiraf etdi”.

“AP”: “İKİNCİ TURDA ƏRDOĞAN ÜSTÜNDÜR”

ABŞ-nin “Associated Press” (AP) xəbər agentliyində seçkilərlə bağlı yayımlanan məqalədə St. Lawrence Universitetindən amerikalı tarixçisi Howard Eissenstatın ikinci turla bağlı açıqlamalarına yer verilib. Eissenstat, Ərdoğanın partiyasının parlament nəticələrinin daha yaxşı oduğunu, bunun üçün də Ərdoğanın ikinci turda daha üstün olduğunu vurğulayıb. Eissenstata görə, türk seçicilər “bölünmüş hökumət” istəməyəcəklər.

BBC: “ÜSTÜLÜK ƏRDOĞANDADIR” 

Britaniyanın BBC telekanalı “Gərgin bir gecədən sonra Ərdoğan üstün görünür” başlığı ilə oxucularının qarşısına çıxıb.

“Çox çətin bir neçə ay keçməsinə baxmayaraq, Türkiyə Prezidenti üstünlüyü əlində saxlayır”- deyə “BBC” yazıb.

BBC-yə danışan britaniyalı iqtisadçı “Rəcəb Tayyib Ərdoğan rəqibindən xeyli irəlidədir” deyib.

“The Economist”: “CHP-nin qurduğu ittifaq parlament seçkilərində cəmi 35% səslə pis çıxış etdi”

“Ərdoğanın partiyası və MHP-nin rəhbərlik etdiyi “Cumhur İttifaqı” kimi tanınan blok səs çoxluğunu əlində saxlayır”, – “The Economist” yazır.

“WSJ”: “SEÇKİ NƏTİCƏLƏRİNİN QLOBAL TƏSİRLƏRİ VAR”

ABŞ-nin “Wall Street Journal” nəşri Türkiyənin qlobal güc və NATO üzvü olduğuna diqqət çəkərək, seçkilərin nəticələrinin geosiyasi təsirlərinin ola biləcəyini yazıb.

“CNBC”: “ƏRDOĞAN ÖZÜNƏ ARXAYIN GÖRÜNÜRDÜ”

Qeyri-rəsmi nəticələrə görə siyasi üstünlüyün Prezident Ərdoğanda olduğunu vurğulayan “CNBC”, Türkiyə liderinin performansına diqqət çəkib. “CNBC” “Ərdoğan tərəfdarlarına müraciət edərkən özünə arxayın görünürdü” ifadəsini işlədib.

ABŞ-nin “CNN” nəşri Sinan Oğanın səslərinin ikinci turda həlledici rol oynaya biləcəyini iddia edib.

YUNAN MEDİASI: “ƏRDOĞAN HƏM RƏQİBƏLƏRİNƏ, HƏM DƏ DÜNYAYA SÜBUT ETDİ…”

Yunanıstanın ən böyük qəzeti olan “Protothema” Kılıçdaroğlunun rəy sorğularına cavab verə bilməyəcəyinə diqqət çəkib. Qəzet ikinci tur üçün Sinan Oğana işarə edərək, “Birinci turda Ərdoğana səs verənlərin ikinci turda mövqeyini dəyişməsi və ya iki həftə sonra seçkiyə getməməsi ehtimalı çox azdır” ifadəsinə yer verib.

“Protothema” Rəcəb Tayyib Ərdoğanın ilkin nəticələrə görə üstünlüyə malik olduğunu ifadə edərək, “Türkiyə Prezidenti həm rəqiblərinə, həm də dünyaya sübut etdi ki, onun ən kritik seçki mübarizəsi üçün belə lazımi sərmayəsi var” deyə yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki