Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:’Sərhədlərimizin təhlükəsizliyini təmin edərək qeyri-qanuni miqrasiya ilə bağlı problemləri həll edəcəyik”.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti iqamətgahında çıxış edən Rəcəb Tayyib Ərdoğan deyib:
“Biz humanitar səbəblərlə ölkəmizə qəbul etdiyimiz qaçqınların könüllü və təhlükəsiz şəkildə evlərinə qayıtması üçün ciddi səylər göstəririk. Qətərin maliyyə dəstəyi ilə başlatdığımız mənzil layihələrimiz tamamlandıqca, hazırda 600 min olan geri qayıdanların sayının daha da artacağına inanıram”.