image-1backend

Ərdoğan Suriya paytaxtına gedəcək

image-reklam_sirab_01

“Əvvəlcə Milli İstihbarat Təşkilatı (MİT) Başkanı İbrahim Kalın Dəməşqə gedərək “Hayat Tahrir Şam” (HTŞ) lideri Əhməd Hüseyin eş-Şara (Colani) ilə görüşdü, sonra növbə xarici işlər naziri Hakan Fidana çatdı, növbəti mərhələdə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Suriya paytaxtına gedəcək.” – bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloq hesab edir ki, böyük ehtimalla Hakan Fidan keçmiş MİT Başkanı olaraq HTŞ lideri ilə daha əvvəldən tanış idi.

“Türkiyə rəsmilərinin Dəməşqə artan səfərləri Suriyadakı olayların Türkiyənin maraqlarına uyğun olduğu yanaşmasını bir daha təsdiq edir. Birinci növbədə Türkiyə HTŞ ilə birgə Suriyanın şimalında terrorçu PKK təşkilatının varlığına son qoymaq istəyir. Bu Suriyanın keçici hökuməti üçün və vacibdir. Bununla həm ölkənin ərazi bütövlüyü təmin olunacaq, həm də Suriyanın ən verimli əraziləri nəzarət altına alınacaq. İkincisi, keçici hökumətin Suriyanın yenidən qurulmasında Türkiyənin dəstəyinə ehtiyacı var. Müzakirə olunacaq başqa vacib detallar da var ki, bunların reallaşmasını iki ölkə addım-addım həyata keçirəcəklər.”- Elxan Şahinoğlu  bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image