image-1backend

Ərdoğan TDT Sammitində iştirak etmək üçün Qırğızıstana gedib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstana gedib.

Ərdoğan Türkiyə vaxtı ilə saat 13.20-də “CAN” təyyarəsi ilə Atatürk Hava Limanından Qırğızıstana yola düşüb.

Fəxri qarovul dəstəsini apronda qarşılayan Ərdoğanı İstanbul valisi Davud Gül və digər rəsmi şəxslər yola salıb.

Prezident Ərdoğanı səfərdə

– həyat yoldaşı Əminə Ərdoğan,

– xarici işlər naziri Hakan Fidan,

– enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar,

– mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy,

– milli müdafiə naziri Yaşar Gülər,

– səhiyyə naziri Kamal Memişoğlu,

– Ticarət Ömər Bolat,

– MİT sədri İbrahim Kalın,

– Prezident Aparatının Kommunikasiyalar Direktoru Fahrettin Altun,

– Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç,

– AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və bəzi rəsmilər müşayiət edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image