Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ankarada baş verən terror aktı ilə əlaqədar Rusiya səfərini yarımçıq qoyaraq təcili olaraq Türkiyəyə qayıdacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Prezident Ərdoğanın cümə axşamı səhər Tatarıstanın paytaxtı Kazandan vətəninə dönəcəyi gözlənilir.
Bundan əvvəl o, Rusiya prezidenti Vladimir Putinlə BRİKS sammiti çərçivəsində danışıqlar aparıb, Ərdoğan rusiyalı həmkarını Ankarada baş verən terror aktı ilə bağlı məlumatlandırıb və 5 şəhid və 15 yaralının olduğunu bildiyini qeyd edib.
Putin də öz növbəsində başsağlığı verib.
Bundan başqa, Ərdoğan Kreml rəhbərini Türkiyəyə səfərə dəvət edib və Putin buna müsbət cavab verib.