Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı qələbə münasibətilə təbrik edib və Ukrayna böhranının, eləcə də Yaxın Şərqin həll olunacağına ümid etdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, “Daily Sabah” qəzeti onun sözlərini sitat gətirib: “ABŞ-da keçirilən prezident seçkilərində böyük mübarizədən sonra qalib gələn və ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm. Tramp Ukrayna-Rusiya savaşını dayandırmağa qadirdir”.
Ərdoğanın sözlərinə görə, o, Trampın prezidentliyi dövründə “Türkiyə və ABŞ münasibətlərini gücləndirəcəyini, regional və qlobal böhranların və müharibələrin, xüsusilə Fələstin böhranı və Rusiya-Ukrayna müharibəsinin bitəcəyini” gözləyir.