image-reklam-veteninfo
image-2backend

Ərdoğan: Trampın sülh planı nəticə verəcək

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planına münasibət bildirib. Clash Reportun məlumatına görə, Ərdoğan hesab edir ki, Ukrayna və Rusiya bu plan üzrə razılığa gələ bilərlər.

Prezidentin sözlərinə görə, əsas məsələ planın necə həyata keçiriləcəyidir:
“Bu plan üzrə razılığa gəlmək mümkündürmü? Bəli, mümkündür. Əsl sual – necə? Əgər plan yeni qeyri-sabitlik yaratmadan hər iki tərəfin qanuni gözləntilərinə və təhlükəsizlik ehtiyaclarına cavab verərsə, razılaşma əldə edilə bilər.”

Ərdoğan əlavə edib ki, “bütün tərəfləri qane edəcək çərçivə yaradılarsa”, müharibənin uzunmüddətli nizamlanmasına gedən yol açıq olacaq.

Qeyd edək ki, Cenevrədə ABŞ və Ukrayna Rusiya ilə müharibəni bitirmək məqsədilə “yenilənmiş və təkmilləşdirilmiş” sülh sazişi üzərində işlədiklərini açıqlamışdılar. ABŞ senatoru Marko Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdən sonra bəyan edib ki, Trampın sülh planına müəyyən dəyişikliklər ediləcək.

Ukrayna prezidenti Vladimir Zelenski isə Stokholmda keçirilən Krım Platformasının parlament sammitində çıxışı zamanı bildirib ki, Ukrayna hazırda “kritik mərhələdə”dir. Onun sözlərinə görə, ABŞ-la bir sıra mühüm məsələlər üzrə razılıq əldə olunub. Bunlara bütün ukraynalı məhbusların “hamısı hamı üçün” prinsipi ilə tam azad olunması, həmçinin Rusiya tərəfindən götürülmüş mülki şəxslər və uşaqların geri qaytarılması daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki